Sumqayıtda mənzildən 77 yaşlı qadının meyiti tapılıb

2 Mart 2024 15:36 (UTC+04:00)

Sumqayıtda mənzildən 77 yaşlı qadının meyiti tapılıb. SİA məlumat verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində mənzillərin birində qeydə alınıb.

Ailə üzvləri 1947-ci il təvəllüdlü Marina Omarovanın meyitini aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.