Vətəndaşlardan sənədləri olmayan 16 tüfəng götürülüb - FOTO

2 Mart 2024 15:14 (UTC+04:00)

İsmayıllı və Qəbələdə vətəndaşlardan 16 tüfəng götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri ilə İsmayıllı rayonunda 3, Qəbələdə isə son 2 ay ərzində 13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.