“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxacaq

2 Mart 2024 15:13 (UTC+04:00)

“Neftçi”nin 3 futbolçusu Azərbaycan Premyer Liqasının XXV “Qarabağ”la keçiriləcək oyunu buraxacaq. SİA-nın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir.

Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə mərhələsini davam etdirirlər.

Qeyd edək ki, martın 3-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.