Qəza törədən yük maşını körpüdən asılı vəziyyətdə qalıb - FOTO

2 Mart 2024 14:14 (UTC+04:00)

ABŞ-nin Kentukki ştatında yük maşını körpü baryerlərinə çırpılıb və havada asılı vəziyyətdə qalıb. SİA xəbər verir ki, sürücü 40 dəqiqə davam edən əməliyyatla xilas edilib.

Körpüdə asılı vəziyyətdə qalan yük maşınının sürücüsünü xilas etmək üçün bölgəyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Körpü hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə yerinə gələn qrup 40 dəqiqə davam edən əməliyyatla yük maşını sürücüsünü xilas edə bilib.

Mətbuat konfransında Louisville Yanğınsöndürmə İdarəsinin rəisi Brian O'Neill Kentukki ilə İndiananı birləşdirən körpüdə baş verən qəzada daha iki avtomobilin iştirak etdiyini və 1 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.