İƏT XİN başçılarının növbədənkənar iclası keçiriləcək

2 Mart 2024 12:50 (UTC+04:00)

Martın 5-də İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək. SİA xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, toplantı Səudiyyə Ərəbistanın Ciddə şəhərində baş tutacaq.

Toplantıda Qəzzadakı durum müzakirə olunacaq.