Qobustanda qadın qətlə yetirilib

2 Mart 2024 11:55 (UTC+04:00)

Qobustan rayonunda Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Mürsəl Cabbarov hadisədən sonra özünə də xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.