Seçkilərdə Trampın qalibiyyət ehtimalı yüksək qiymətləndirilir

2 Mart 2024 10:50 (UTC+04:00)

ABŞ seçkiləri yaxınlaşdıqca, anketlərdə öndə görünən Donald Trampın təhlükəsizlik strategiyası ortaya çıxıb. SİA xəbər verir ki, yaxın müşavirlərindən alınan məlumata görə, Tramp yenidən prezident seçiləcəyi təqdirdə NATO-nu maliyyə cəhətdən gərginləşdirəcək və Ukraynanı Rusiya ilə sülh bağlamağa məcbur edəcək qərarlar qəbul etməyə hazırlaşır.

ABŞ-də aparılan sorğulara görə, prezident seçkilərinə 9 ay qaldığı zaman Donald Tramp həm Respublikaçılar Partiyasındakı rəqiblərini, həm də Demokratlar Partiyasının namizədi, ABŞ prezidenti Co Baydeni qabaqlayır. Sorğulara görə, ABŞ-ın keçmiş prezidenti Tramp rəqibləri ilə arasındakı fərqi günü-gündən artırır. Trampın qələbə ehtimalı yüksək hesab edilir.