Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs ölüb

2 Mart 2024 01:12 (UTC+04:00)

1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunu qətlə yetirməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində vəfat edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, u barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Nicat Salahovu qətlə yetirməkdə şübhəli bilinən Ceyhun Rzayev hadisədən sonra intihara cəhd etmişdi.