Cəlilabadda iki avtomobil toqquşub, yaralılar var

1 Mart 2024 22:14 (UTC+04:00)

Cəlilabad rayonunda baş verən qəzada xəsarət alanlar var.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərində qeydə alınıb. VAZ-21011 markalı minik avtomobili ilə "Chevrolet Cruz" markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində xəsarət alanlar var.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.