Qaradağda zavodda yanğın

1 Mart 2024 16:17 (UTC+04:00)

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 800 m² olan zavodun utilizasiya sahəsində 3 m³ neft tullantıları yanıb.

Yüksək temperaturdan zavodun dam örtüyünün konstruksiyaları 60 m² sahədə deformasiyaya uğrayıb. Zavodun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.