Azərbaycanda pul bazası 17 % artıb

1 Mart 2024 15:33 (UTC+04:00)

Bu günə Azərbaycanda pul bazası 20 milyard 131,8 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,7 % azdır.

Bununla belə, ölkədə pul bazası son 1 ildə 16,7 % artıb.