ABŞ-ın Oreqon ştatında yaşayan Cenni DüVander adlı qadın böyük dili olduğuna görə adını Ginnesin Rekordlar Kitabına yazdırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ginnesin Rekordlar Kitabı tərəfindən verilən açıqlamada DuVanderin dilinin qolf topu qədər geniş olduğu bildirilib.
Rekordu ilə bağlı açıqlama verən DuVander deyib: "Dil ətrafı uzunluğu deyilən bir kateqoriya olduğunu belə bilmirdim. Evdə dərhal özümü ölçdüm və bunun ən az 12 santimetr olduğunu gördüm".