Zelenskinin Ermənistana səfəri baş tutmayacaq

1 Mart 2024 14:39 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri baş tutmayacaq. SİA xəbər verir ki, bu barədə “Telegram”ın erməni seqmentində məlumat yayılıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin martın 4-də Ermənistana səfəri planlaşdırılırdı.

Hələlik səfərin hansı səbəbdən baş tutmadığı bildirilmir.