Azərbaycan G7-nin ekologiya nazirlərinin xüsusi görüşünə dəvət olunub

1 Mart 2024 14:18 (UTC+04:00)

Azərbaycan G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə dəvət olunub. SİA xəbər verir ki, dəvəti İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin martın 1-də Prezident İlham Əliyevin qəbulunda olarkən çatdırıb.

İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirdi və bununla bağlı dəvəti çatdırıb.