Kanadanın keçmiş baş naziri Brayan Malroni vəfat edib

1 Mart 2024 14:01 (UTC+04:00)

Kanadanın keçmiş baş naziri Brayan Malroninin 84 yaşında dünyasını dəyişdiyi açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mulroninin qızı sosial şəbəkədə məlumat verib.

1984-1993-cü illərdə Kanadanın baş naziri olmuş Brayan Mulroni 84 yaşında vəfat edib.

Mulroninin qızı Karoline Mulroney Kanadanın keçmiş baş nazirinin ölümünü sosial media hesabında elan edib.