Masallıda qazıntı zamanı qaz kəməri zədələnib

1 Mart 2024 13:44 (UTC+04:00)

Masallı rayonu ərazisində "Aztelekom" şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı diametri 160 mm-lik yeraltı qaz kəməri zədələnib. SİA-nın məlumatına görə, nəticədə Boradigah, Çayqıraq və Bədəlan kəndləri olmaqla 2500 abonentin qaz təchizatı saat 12:13-dən dayandırılıb.

Qəzanın aradan qaldırılması istiqamətində işlər davam edir.