Azərbaycan və Panama XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər

1 Mart 2024 12:19 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Panamadan olan həmkarı Janaina Qob ilə görüşüb. SİA Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Onlar ikitərəfli münasibətlərin perspektivlərini və iki ölkə arasında çoxtərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər.

C. Bayramov həmkarına COP29-a hazırlıq, bölgədə sülh və yenidənqurma səyləri haqqında məlumat verib.