Bakıda 10 şam ağacı kəsilib, araşdırma başlanıb

1 Mart 2024 11:11 (UTC+04:00)

Bakıda qanunsuz ağac kəsilməsi ilə bağlı araşdırmalara başlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən fevralın 28-də S.S.Axundov küçəsində 10 ədəd şam ağacının Firqət Əhmədov və Sahib Məmmədov tərəfindən kəsilməsi müəyyən olunub.

Araşdırma aparılır.