14 minə yaxın ölçmə vasitəsi yoxlamaya cəlb edilib

1 Mart 2024 10:57 (UTC+04:00)

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti metroloji nəzarət tədbirləri çərçivəsində 128 qurumda 13 903 ölçmə vasitəsinin yoxlamadan keçirilməsi və tipinin təsdiq olunması istiqamətində zəruri tədbirlər görüb. SİA bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

"Dövlət metroloji nəzarəti tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, müəssisələrdə tətbiq olunan ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin əldə olunmasına xidmət edir", - deyə qurum bəyan edib.