AZƏRTAC-ın 104 yaşı tamam olur

1 Mart 2024 10:37 (UTC+04:00)

Bu gün Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın yaranmasının ildönümüdür. SİA xəbər verir ki. Azərbaycan Dövlət İnformasiya Agentliyinin 104 yaşı tamam olur.

AZƏRTAC 1920-ci ildən başlayaraq respublikamızın salnaməsini yazıb, keçdiyimiz yola informasiya işığı tutub.

Bu gün isə qalib ölkənin əsas xəbər qaynağı olaraq, inkişafının yeni dövrünü yaşayır, fəaliyyətini durmadan təkmilləşdirməyə davam edir.