Qol sevinci zamanı tribunadan yıxılıb xəstəxanalıq oldu

29 Fevral 2024 19:18 (UTC+04:00)

"Lids" azarkeşi "Çelsi" ilə İngiltərə Kuboku matçında "Stemford Bric"in ən yüksək pilləsindən yıxılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, insident "Lids"in qolu zamanı baş verib.

Azarkeşə tribunada ilkin tibbi yardım göstərilib, daha sonra o, xəstəxanaya aparılıb.