Məktəblərdə imtahanların sayı azaldıla bilər

29 Fevral 2024 17:15 (UTC+04:00)

Azərbaycanda məktəblərdə imtahanların sayı azaldıla bilər. SİA xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur: "Hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir".