Türkiyə-Azərbaycan universiteti üçün binalara baxış keçiriləcək

29 Fevral 2024 16:20 (UTC+04:00)

Türkiyə - Azərbaycan universitetinin binası üçün Bakıda bir neçə binaya baxış keçiriləcək. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, tələbə sayı növbəti illərdə artarsa, yeni kampus tikilə bilər: “Hazırda universitet üçün bina ayrılmayıb. Yaxın bir həftə ərzində bina haqqında məlumat veriləcək”.