1 psixoloqdan 2000 şagirdin probleminin həllini gözləmək ədalətsizlikdir - NAZİR

29 Fevral 2024 16:09 (UTC+04:00)

2000 şagirdin olduğu məktəbdə bir psixoloq var. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, 1 psixoloqdan 2000 şagirdin hamısının probleminin həllini gözləmək ədalərsizlikdir.

"Onun vəzifəsi uşaqların motivasiyasını artırmaq, məktəb kollektivi ilə birgə çalışmaqdır. Əgər kimsə psixoloji xəstədirsə, ona klinik psixoloq baxmalıdır. Hərənin öz işi var",- nazir deyib.