Cənubi Koreya Səhiyyə Nazirliyi tətilə çıxan təxminən 10 min təcrübə qazanmaq istəyən həkimdən yalnız 294-nün onlara verilən müddətin son günündə işə qayıtdığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, vəzifəsinə qayıtmayan həkimlər haqqında qanuni tədbir görüləcəyi bildirilib.
Cənubi Koreya hökuməti daha əvvəl mətn mesajı ilə göndərilən əmrlə həkimləri növbəyə çağırmışdı, lakin minlərlə kursant həkim telefonlarını söndürüb və iş əmrinin onlara çatmasına mane olub. Cənubi Koreyanın səhiyyə naziri Ço Kyo Honq açıqlamasında deyib: “Biz qanun çərçivəsində qeyri-qanuni kollektiv hərəkətlərə cavab verməyə davam edəcəyik. İş yerlərini tərk etmiş kursant həkimləri cümə axşamına qədər vəzifələrinə qayıtmağa çağırırıq. Əgər onlar geri qayıtsalar, əvvəlki əməllərinə görə məsuliyyət daşımayacaqlar. Ço mart ayına qədər vəzifə yerinə qayıtmayan həkimlərin lisenziyalarının dayandırılacağını və barələrində qanuni tədbirlər görüləcəyini açıqlayıb.