Nazirdən məktəblərdə qızılca xəstəliyinə yoluxma ilə bağlı açıqlama

29 Fevral 2024 15:15 (UTC+04:00)

Son aylar ərzində ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxmanı ciddi izləyirik. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, xəstəliklə əlaqəli məktəblərin fəaliyyətinin dayandırılması və onlayn rejimə keçirilməsi məqsədəuyğun deyil:

"Valideynləri vaxtında övladlarını vaksinasiya etdirməyə çağırıram. Çünki vaksin qızılcaya yoluxmanın qarşısını alır".