"Qorxu real olan prosesdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
Psixoloqun sözlərinə görə, insanın həyatında qorxu deyilən bir proses var: "İnsanların qorxusu real obyektiv şeylərə qarşı olur. Fobiya isə əsası olmayan şeylərə olan narahatlıqdır. Hər insanın müəyyən fobiyası var. Cəmiyyətə olan fobiya, yəni çoxluqdan, insanların əhatəsində olmaqdan qorxmaq, yüksəklikdən, heyvanlardan, tüklü heyvanlara olan qorxu kimi müxtəlif fobiyalar var. Əslind,ə fobiyaların əsası olmur. İnsan onu düşüncədə yaradır və yaratdığı düşüncədən qorxmağa başlayır.
Qorxu isə realdır. İlan görürük və zəhərli olar deyə qorxuruq. Amma fobiyanı özümüz yaradırıq. Ölüm qorxusu olan insanlar var ki, düşünürlər: "Mən ölə bilərəm". İnsan yaşayır, amma nə vaxtsa öləcəyini düşünür. Ona görə də ölüm fobiyası var. İnsanların dərk etmədiyi şeylər var ki, onu zehinlərinə tam yerləşdirə bilmirlər və həmin şeydən qorxurlar. Bu fobiyaların saysız-hesabsız növləri var. Fobiyalardan xilas olmaq olur. Fobiya sinir sistemində problemi olan insanlara daha çox xarakterikdir.
Fobiyanı aradan qaldırmaq mümkündür. Sadəcə, insan fobiyaları özündə analiz və müəyyən etməli, nələrə fobiyası olduğunu tapmalıdır".