"Azərbaycanda elmə ayrılan maliyyə çox azdır". SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib.
O bildirib ki, birdən-birə maliyyə ayrılmaqla da qısa müddətdə yaxşı nəticə əldə etmək çətindir:
"Bu il Elm və Təhsil Nazirliyinin tabeliyində olan univeristetlərin inkişafı və reytinq məsələsində irəliləyiş əldə etmək üçün 8 milyon manatın ayrılmasını artıq təmin etmişik".