Universitetlərdə dövlət sifarişli yerlərin artırılması təklif edilib

29 Fevral 2024 11:23 (UTC+04:00)

Ombudsman Səbinə Əliyeva dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasını və tələbə yataqxanalarının tikilməsini təklif edib. SİA xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsi önəmlidir.