Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 10 % artıb

29 Fevral 2024 11:19 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanda bank kartları vasitəsi ilə 187,9 milyon manatlıq əməliyyat aparıb. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.