Yüksək Liqa: "Gəncə"dən sürpriz qələbə

28 Fevral 2024 19:36 (UTC+04:00)

Qadın voleybolçuların Yüksək Liqasında XV tura yekun vurulub.

SİA xəbər verir ki, bağlanış oyununda "Gəncə" "Murov Az Terminal"ı qəbul edib.

Görüş meydan sahiblərinin gözlənilməz qələbəsi ilə başa çatıb - 3:0.

Bu qələbədən sonra xallarını 21-ə çatdıran "Gəncə" 4-cü pillədə qərarlaşıb. 32 xalı olan "Murov Az Terminal" isə üçüncüdür.

Qeyd edək ki, turnir cədvəlinə 36 xalla "Azərreyl" başçılıq edir.