Bu da nə mətah olub ey..?

28 Fevral 2024 18:35 (UTC+04:00)

...PSJ-nin hücumçusu Kilian Mbappe artıq Real Madrid ilə anlaşdığına dair xəbərləri təkzib edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RMC Sport xəbər verir.

Qeyd edək ki, dünən futbolçu Qətər əmirinin rəsmi səfəri münasibətilə Yelisey sarayında şam yeməyinə qatılıb və burada futbolçu Fransa prezidenti Emmanuel Makronla da görüşüb.

Mbappe gələcəyi və “Real Madrid”ə gedişi ilə bağlı suallardan yayınmayıb.

Amma futbolçu Madrid klubu ilə hələ müqavilə imzalamadığını bildirib.

Nazlı