Nəm salfet istehsalına 120 min manat güzəştli kredit ayrılıb

28 Fevral 2024 16:47 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu nəm salfetlərin istehsalı layihəsinə 120 min manat güzəştli kredit ayırıb. SİA xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, bu məbləğ fərdi sahibkar Fərid Bağırova ayrılıb.