Bakıda yaxın aylarda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turoperatorlarının forumunun keçirilməsi planlaşdırılır. SİA Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, tədbir 2 gün davam edəcək.
Forum çərçivəsində qonaqların İçərişəhərə, "Atəşgah məbədi" tarixi-memarlıq qoruğuna ekskursiyası təşkil ediləcək.