Əli daşı türbəsi tarixi-mədəniyyət abidələrinin siyahısına daxil edilib

27 Fevral 2024 14:57 (UTC+04:00)

Abşeron rayonunun Məmmədli kəndində yerləşən Əli daşı türbəsi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. SİA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda dəyişiklik edilib. Dəyişikliklə Əli daşı türbəsi (XVII-XVIII əsrlər) siyahıya salınıb.