Boris Qrebenşçikovun Dubayda konserti ləğv edildi...

26 Fevral 2024 22:54 (UTC+04:00)

Rokçu Boris Qrebenşçikovun konserti musiqiçinin səhhəti ilə əlaqədar Dubayda ləğv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə SHOT Telegram kanalı yazır.

Kanalın məlumatına görə, “Aquarium” rok qrupunun yaradıcısının çıxışı fevralın 28-də “The Square” klubunda baş tutmalı idi.

Təşkilatçılar üç iş günü ərzində biletlərin pulunu qaytaracaqlarına söz veriblər.

Xatırladaq ki, 2023-cü ilin martında təşkilatçılar Qrebenşçikovun Balidəki konsertini ləğv etmişdilər.

Nazlı