Krım Yevpatoriyasının çimərliklərindən birində delfin sahilə çıxıb və lazımi yardımı alır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RT məlumat yayıb.
Deməli, telekanalın xəbərinə görə, delfin yerli balıqçılar tərəfindən aşkar edilib.
RT-nin təqdim etdiyi videoda məməlinin sahildə uzandığı, dalğaların yuduğu və sağlam göründüyü nümayiş olunur. Lakin “Sakit dıniz” delfinləri reabilitasiya mərkəzi belə düşünmür və delfinin xəstə olduğunu, köməyə ehtiyacı olduğunu bildirir.
...Heyvanı yenidən dənizə buraxmaq olmaz. O, orada öləcək.
Bunu heyvan hüquqları müdafiəçiləri deyiblər.
Hazırda delfinə yerindəcə lazımi köməklik göstərilir. Onun tibb müəssisəsinə aparılması məsələsi həll edilir.
Nazlı