Qarabağ Universitetinə kimlərə həvəsləndirici təqaüd veriləcək?

26 Fevral 2024 13:28 (UTC+04:00)

Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək. SİA-nın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda universitetin fəaliyyətə başlaması üçün lazım olan hazırlıq işləri davam edir: “Universitetdə təhsil alacaq bütün tələbələrin orada qalması üçün hamısının yataqxanada qalması təmin ediləcək”.

Qeyd edək ki, Qarabağ Universitetində yeni tədris ilindən tələbə qəbulunun aparılması nəzərdə tutulub.