Türkiyəli nazir G20 toplantısı üçün Braziliyaya gedir

26 Fevral 2024 12:20 (UTC+04:00)

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək G20 maliyyə nazirləri və Mərkəzi Bankın rəhbərləri toplantısında iştirak etmək üçün sabah Braziliyaya gedəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşlər zamanı Şimşəki Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri Fatih Karahan müşayiət edəcək.

Şimşək Braziliyanın Sao-Paulo şəhərində keçiriləcək görüşdə bir çox ikitərəfli görüşlər keçirəcək. Şimşək təmaslarını cümə günü tamamlayacaq.