Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığının səbəbi məlum olub

26 Fevral 2024 12:21 (UTC+04:00)

Sumqayıtla Bakı arasında kifayət qədər sərnişin sıxlığı var. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.

"ADY olaraq biz də bunu başa düşürük. Ötən ilin əvvəlində günlük 24 min sərnişin daşınırdısa, hazırda 30 min sərnişin daşınır. Sıxlığın səbəbi bununla əlaqədardır", - deyə R.Rüstəmov bildirib.