PKK-lı qadın terrorçu həbs edildi

26 Fevral 2024 12:09 (UTC+04:00)

PKK-lı qadın terrorçunun Türkiyəyə daxil olmaq cəhdi baş tutmayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK/KCK-PYD/YPG-nin tərkibində kadr kimi xidmət edən Huda El Tuma Sülh Pınarı Əməliyyat Bölgəsində yerləşən Mebrukedən Türkiyəyə keçmək istəyirdi.

Həbs olunan Huda Əl Tuma Sülh Pınarı Əməliyyatı bölgəsindəki hərbi həbsxanaya göndərilib.