Türkiyə MN-dən Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM

26 Fevral 2024 11:49 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. SİA-nın verdiyi xəbərə görə, paylaşımda deyilir:

“Qəlbləri parçalayan vəhşilik: Xocalı soyqırımı…

32 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan türk qardaşlarımızın dərdini paylaşırıq”.