“Kapitan Marvel”in ulduzu vəfat edib

26 Fevral 2024 11:17 (UTC+04:00)

Kanadalı aktyor, “Captain Marvel”, “Star Trek: Discovery” və “Grey's Anatomy” filmlərinin ulduzu Kennet Mitçel uzun sürən ağır xəstəlikdən sonra 49 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə sənətçinin ailəsi sosial şəbəkə hesabında yazıb.

Mitçel beş il yarım idi ki, Lu Geriqa xəstəliyi (amyotrofik skleroz) ilə mübarizə aparırdı.

Ümumilikdə aktyor 25-dən çox filmdə rol alıb.