“Araz-Naxçıvan”ın futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib

26 Fevral 2024 10:50 (UTC+04:00)

“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov Premyer Liqada 100-cü oyununu keçirib. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.

Cinah oyunçusu “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018/2019 mövsümünə təsadüf edən futbolçunun ilk komandası “Sumqayıt” olub.

Qeyd edək ki, Turan Manafov “gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 oyun (3 qol) keçirib.