Avtomobilin vurduğu piyada xəstəxanada ölüb

26 Fevral 2024 10:07 (UTC+04:00)

Bakıda qadını avtomobil vuraraq öldürüb. SİA xəbər verir ki, 1999-cu il təvəllüdlü Quliyev Fərid Niyazi oğlu özünə məxsus idarə etdiyi "Mercedes" markalı avtomobillə Suraxanı rayonu Əmircan qəsəbəsi ilə üzü Dədə Qorqud qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1967-ci il təvəllüdlü Asalayeva Amalya Nəcməddinovanı vurub.

Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla cinayət işi başlanıb, istintaq aparılır.