ABŞ əsgəri İsrail səfirliyi qarşısında özünü yandırıb

26 Fevral 2024 10:04 (UTC+04:00)

İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandıran şəxsin ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi olduğu üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxsin Qəzzada baş verənlərə qarşı etiraz aksiyası keçirdiyi öyrənilib.

Özünü yandıran şəxsin xəstəxanaya aparıldığı, aldığı xəsarətlərdən vəziyyətinin ağır olduğu bildirilib. Lakin hələ də şəxsin kimliyi və əlaqələri ilə bağlı təfərrüatlar açıqlanmayıb.