Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

26 Fevral 2024 09:59 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,33% azalaraq 2 042,7 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,47% azalaraq 23,08 dollar təşkil edib.