Tanzaniyada yol qəzasında onlarla insan ölüb

26 Fevral 2024 02:17 (UTC+04:00)

Tanzaniyanın şimalında baş verən qəzada aralarında Keniya, ABŞ və Cənubi Afrika vətəndaşları da daxil olmaqla, azı 25 nəfər həlak olub. SİA-nın məlumatına görə, bu barədə "Agence France-Presse"məlumat yayıb.

Qeyd edilir ki, Aruşa-Namanqa magistral yolunda yük maşını ilə üç minik avtomobilinin toqquşması zamanı daha 21 nəfər yaralanıb.

Tanzaniya Prezidenti Samiya Suluhu Hasan qəza ilə bağlı başsağlığı verib.