Başından zədə alan hakim əvəzlənib...

25 Fevral 2024 22:34 (UTC+04:00)

Futbol üzrə İspaniya çempionatının 26-cı turunun "Betis Sevilya" - "Atletik Bilbao" oyunu zamanı baş hakim Qvadalupe Porras başından zədə alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AS xəbər verir. Qeyd edək ki, komandalar bazar günü Sevilyada qarşılaşıblar. Onu da qeyd edək ki, birinci hissədən sonra meydan sahibləri öndə olub- 2:1.

Və birinci qoldan sonra hakim köməkçisi vəzifəsini yerinə yetirən Porrasın televiziya kamerası ilə toqquşması və meydana yıxılması oyunun saxlanmasına səbəb olub.

Qadın hakim kəllə-beyin travması alıb və üzündə qan axıb. Hakimə ilkin tibbi yardım göstərilib və o, xərəkdə meydançadan çıxarılıb.

Onu da qeyd edək ki, onu dördüncü hakim əvəz edib.

Nazlı