Zelenski: Ukrayna Rusiyaya qarşı müharibədə 31 min hərbçi itirib

25 Fevral 2024 20:58 (UTC+04:00)

Ukraynanın Rusiyaya qarşı müharibəsində 31 min ukraynalı əsgər həlak olub. Hər bir ukraynalının itkisi Ukrayna üçün böyük faciədir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.

“Hər bir insanın ölümü bizim üçün böyük itkidir. Bu müharibədə 31 min Ukrayna hərbçisi həlak olub.”, - deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Ukraynada itkin düşənlər var, lakin bu rəqəm hələlik açıqlanmayacaq.

“Keçmiş mübadilələr göstərdi ki, bir neçə itkin düşən oğlan sağ-salamat qayıdıb. İşğal olunmuş ərazilərdə nə qədər dinc sakini öldürdüyünü bilmirik", - deyə o vurğulayıb.